Ermənistanın baş naziri Paşinyanın “tarixi” səfəri-ŞƏRH

Tarix: 17:19 19.06.2025
Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də İstanbula səfəri tarixi əhəmiyyət kəsb edir. Bunun Ermənistandan Türkiyəyə bu səviyyədə ilk rəsmi səfər olacağı açıqlanıb.
Mövzu ilə bağlı “İnformator.az” a siyasi şərhçi Elmir Səftərov bildirir ki, Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər etməsi bir neçə kontekstdən diqqətləri cəlb edir:
“N. Paşinyanın sonuncu dəfə 2023-cü ilin iyununda R.T. Ərdoğanın prezidentlik inaqurasiya mərasimində iştirak etməsi, Azərbaycan Prezidenti İlham Əliyevlə və Türkiyənin rəsmi şəxsləri ilə görüşməsi də önəmli bir dəyişiklərinin başladığını göstərib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistanı ənənəvi aqresiv siyasətdən dialoqa meyillli diplomatik yol tutmağa vadar edib. Bunu şərtləndirən amillər arasında Ermənistanın iqtisadi və logistik problemlərindən, Azərbaycandan sarsıdıcı məğlubiyyətə uğraması nəticəsində “güclü dövlət mifli” ambissiyasından əl çəkməsi olub. Bundan əlavə, Nikol Paşinyan rəhbərliyində İrəvanın Moskva ilə olan soyuqluğu və qeyri-müəyyənliyi narahatlıq yaratdığı üçün Ermənistan Azərbaycan və Tükiyə ilə olan münasibətlərini normallaşdırmağa və inkişaf etdirməyə səy göstərir. Azərbaycan və Türkiyənin strateji müttəfiq olması da rəsmi İrəvanın paralel hərəkət etməsinə zərurət yaradır. Digər bir zərurət isə regionda sanksiyalar və müharibə ilə üzələşən İranla münasibətlərin Ermənistanın inkişafı, təhlükəsizliyi baxımından kifayət etmədiyini Ermənistan hakimiyyətinin anlamasıdır. Çünki tərəqqinin, əməkdaşlığlın inkişafını şərtləndirən amillərdən biri də qonşularla güclü və etibarlı əlaqələrdən keçir. Ermənistan, həmçinin Çinin Orta Dəhliz layihəsindən yararlanmaq və kənarda qalmamaq üçün də Azərbaycan və Tükiyə ilə əlaqələrini bərpa etməyə səs göstərir”.
Aysel Mirzəyeva