Diplomatik korpus nümayəndələri Laçında "Gilabi Ceramics" istehsalat mərkəzini ziyarət ediblər- YENİLƏNİB

Tarix: 14:02 20.06.2025
Azərbaycanda akkreditə olunan xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçında Seyrangahda olublar.
"İnformator.az" xəbər verir ki, qonaqlar buradan açılan gözəl mənzərəni seyr ediblər.
Azərbaycanda akkreditə olunan xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçın şəhərində "Gilabi Ceramics" istehsalat mərkəzini ziyarət edib.
İstehsalat mərkəzini ziyarət edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon alış-veriş də edib.