Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub- YENİLƏNİB

Tarix: 15:30 20.06.2025
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
"İnformator.az"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.
"İnformator.az"ın əldə etdiyi xəbərə görə, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.
Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.