İran Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına zərbə endirib

Tarix: 14:43 21.06.2025
İran İsrailin hərbi obyektlərinə, o cümlədən Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanında yerləşən hədəfə raket və pilotsuz təyyarələrlə hücum edib.
"İnformator.az" bu barədə İran dövlət televiziyası tərəfindən yayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən xəbər verir.
"Doğru vəd 3" əməliyyatının 18-ci dalğası Ben Qurion hava limanında və ölkənin digər ərazilərində İsrail ordusunun hərbi hədəfləri və əməliyyat dəstək mərkəzlərinin uğurla məhv edilməsi ilə başa çatıb. Əməliyyat çoxlu sayda "Şahed-136" PUA-ları, həmçinin yüksək dəqiqliyə malik raketlərindən istifadə edilərək həyata keçirilib", - deyə SEPAH-ın məlumatında qeyd olunur.