Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 18:17 21.06.2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Malayziyanın xarici işlər naziri Mohamad Hasan ilə görüşüb.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, Yaxın Şərqdə vəziyyət və İsrail-İran qarşıdurması müzakirə olunub.

 

Nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. Bu yaxınlarda Xarici İşlər Nazirlikləri arasında aparılmış siyasi məsləhəyləşlərin münasibətlərin inkişafına töhfəsi məmnunluqla qeyd edilib.


Nazir Ceyhun Bayramov Azərbaycan ilə Malayziya arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində mövcud əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.