İran iyunun 13-dən bu günə qədər ölən vətəndaşlarının sayını açıqlayıb

Tarix: 15:16 21.06.2025
İsrailin iyulun 13-dən etibarən başlatdığı hücumlar nəticəsində 430 iranlı həyatını itirib, 3 500-dən çox insan yaralanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda, həmçinin nüvə araşdırma mərkəzlərinə həyata keçirilən hücum nəticəsində atmosferə təhlükəli maddələrin sızmasının qeydə alınmadığı vurğulanıb.