Xarici diplomatlar Ağdamda "İmarət" Saray Kompleksində olublar- YENİLƏNİB

Bölmə: Siyasət › ,
Tarix: 15:32 21.06.2025

Azərbaycanda akkreditə olunan  xarici diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Ağdamda Muğam mərkəzini ziyarət ediblər.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, qonaqlar Azərbaycanın mədəni irsi olan muğamla tanış olmaq imkanı əldə ediblər.

 

Nümayəndə heyətinə həmçinin müxtəlif konsertlərin keçiriləcəyi mərkəz haqqında məlumat verilib.



Azərbaycanda akkreditə olunan xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup "İmarət" Saray Kompleksində olub.

 

"İnformator.az"  "Report"a istinadən xəbər verir ki, diplomatlar Qarabağ mədəniyyətinin elementləri, xüsusilə qədim Ağdam şəhəri ilə tanış olublar.

 

Qonaqlar həmçinin şəhərdə aparılan bərpa işlərinin miqyasını qiymətləndirə biliblər.

 

Ağdamdakı "İmarət" Saray Kompleksi bərpadan sonra 19 sentyabr 2024-cü ildə açılıb. 2023-cü ildə kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri və arxeoloji tədqiqatlar başlanılıb. 3.3 hektar ərazini əhatə edən kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərdən, türbələrdən, tarixi qəbiristanlıqdan, Qarabağ atlarının təqdimatı üçün at kompleksindən və ziyarətçilər üçün mərkəzdən ibarətdir.