"Mərakeş azad edilən ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"- Səfir

Tarix: 15:52 21.06.2025
"Mərakeş Azərbaycanın azad edilən ərazilərinin bərpasına investisiya yatırmaqda maraqlıdır".
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bildirib.
"Ümid edirik ki, Mərakeş şirkətlərinin müxtəlif sektorlara, bəlkə də, Ağdamda və ya digər bölgələrdə investisiyaları olacaq", - səfir bildirib.
A.Embarş qeyd edib ki, bu, Qarabağa ilk səfəri deyil:
"Buraya gəlmək və hər dəfə yeni infrastrukturu görmək həmişə maraqlıdır".
O vurğulayıb ki, Azərbaycan hökuməti Qarabağın bərpası üçün böyük səylər göstərir.