İsrail İranın Qızıl Aypara Cəmiyyətinin helikopterinə hücum edib

Tarix: 18:08 21.06.2025
İsrail İranın Qızıl Aypara Cəmiyyətinin helikopterinə hücum edib.
"İnformator.az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi teleqram kanalında məlumat verilib.
"Qızıl Aypara Cəmiyyətinin xilasetmə helikopteri İsrailin hücumu nəticəsində zədələnib", - məlumatda bildirilib.