Naxçıvan: Ləğv, saxlanma, yoxsa zamanın qərarı?

Bölmə: Sosial › ,
Tarix: 21:14 21.06.2025

 

Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının statusuyla bağlı təklif və fikirlər səsləndirilib. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev Naxçıvanın muxtariyyətinin ləğvi və idarəetmə xərclərinin azaldılması məsələsinə toxunub. Bununla belə, deputat Eldar İbrahimov statusun qorunmasının və zamanla öz həllini tapmasının vacibliyini vurğulayıb. Məsələ Azərbaycan ictimaiyyətində və siyasi dairələrdə geniş rezonans doğurub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,bu barədə danışmaq,məncə, tezdir.Bəli,bir sıra tədbirlər görülüb , lakin Naxçıvanın muxtariyyətinin ləğv olunması məsələsi gələcəkdə reallıq tələb edərsə,belə bir addım atıla bilər:

 

"Naxçıvan Muxtar Respublikasının status məsələləri Moskva və Qars müqavilələrinə görə tənzimlənir və bu məsələlər uzunmüddətli geniş şəkildə müzakirə edilir.Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra da,ilk illərdə də bu məsələlər ətraflı olaraq müzakirə olunub ki , Azərbaycan Konstitusiyaya görə unitar dövlətdir və unitar dövlətin tərkibində Muxtar Respublika ola bilməz.Buna görə də,bu muxtariyyət ləğv edilsin və Naxçıvan tamamilə Azərbaycana birləşdirilsin. Ancaq Ümumilider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Naxçıvan muxtariyyəti statusu möhkəmləndirilib və məhz,Naxçıvan bu şəkildə ayaqda qalıb.Erməni işğalçılarından Nəxçıvanın qorunmasında Ümumilider Heydər Əliyevin rolu əvəzedilməzdir. Həmçinin , Naxçıvanın bu günə qədər muxtariyyətinin qorunub -saxlanılmasında,təbii ki, Muxtar Respublikanın blokada şəraitində qalması və bu şəkildə fəaliyyət göstərməsi bu baxımdan əhəmiyyətli olub.Yəni,Naxçıvan məlum olduğu kimi Azərbaycandan quru yolu ilə tamamilə ayrı vəziyyətdədir.Belə olan halda , Muxtar Respublikası statusunun qorunub-saxlanılması mühüm əhəmiyyət kəsb edir".

 

Ekspert Zəngəzur dəhlizinin açılması və bunun Naxçıvanla olan əlaqəsindən də söz açıb:

 

"Hazırda Zəngur dəhlizinin açılması ilə bağlı məsələ meydana çıxıb.Bu məsələ öz həllini tapdıqdan sonra bununla bağlı geniş müzakirələr gedir və düşünülür ki , bundan sonra Naxçıvanım muxtariyyəti ləğv edilsin.Təklif olunan Konstitusiya dəyişikliklərində əsas fikir mübadiləsi,məhz,Naxçıvandaki qurumların səlahiyyətinin azaldılması və onların mərkəzə bağlanması istiqamətində atılan addımlardır. Yəni,Naxçıvandaki kiçik nazirlikləri,orada fəaliyyət göstərən kiçik yerli idarəetmə qurumlarının səlahiyyətlərinin azaldılması və onların mərkəzi hakimiyyətin nəzarətinə keçməsi istiqamətində müvafiq tədbirlər görülür.Bu da dövlət siyasətinin optimallaşdırması ilə bağlıdır.

 

Dövlət başçısının qətiyyəti sayəsində post-müharibə dövründən Azərbaycanda geniş şəkildə islahatlar həyata keçirilir.Bununla əlaqədar korrupsiya həbsləri də ölkəmizdə olub və bu həbslər davam edir. Məsələn, dünən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin həbsi korrupsiyaya qarşı müdafiə tədbirlərinin davam etməsini bir daha sübut edir.Bu tədbirlər Naxçıvan Muxtar Respublikasında da keçirilir. Orada fəaliyyət göstərən bir çox nazirlər həbs olunur, müxtəlif qurumlarda korrupsiya ilə bağlı əməliyyatlar reallaşdırılır,dövlət orqanlarının şəffaflaşdırılması istiqamətində bir sıra addımlar atılır-bütün bunlar onu göstərir ki ,məhz,Azərbaycan prezidentilik siyasətinə Naxçıvanda daha yaxşı tətbiq olunması üçün Prezidentin Səlahiyyətli Nümayəndəliyi yaradılıb. Bunlar da, Naxçıvanın idarəetməsində müəyyən dəyişiklik edilməsinə gətirib çıxarır.Bəli , müəyyən dəyişiklik ediləcək, ancaq Muxtar Respublikanın statusunun ləğv edilməsi haqqında danışmaq , düşünürəm ki, hələ tezdir.Azərbaycan da artıq öz ərazi bütövlüyünü bərpa edib.Naxçıvan və Azərbaycanın ana torpaqları üzərində quru yolu bərpa olunduqdan sonra əgər reallıq bunu tələb edərsə,bir sözlə , gələcəkdə buna ehtiyac olarsa,bununla bağlı bir sıra addımlar atıla bilər".

 

Nəzrin Məmmədova