AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Bölmə: Sosial › ,
Tarix: 10:11 23.06.2025

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

 

"İnformator.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, ilk reys 2 avqust tarixində həyata keçiriləcək.

 

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

 

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.