Yeni qan qrupu kəşf edilib

Tarix: 16:58 24.06.2025
Fransa Qan Qurumu "Gwada neqativ" adlandırılan yeni qan qrupunu müəyyən etdiklərini açıqlayıb. Kəşf qrupunun üzvü Tyerri Peyrar bildirib: “Bu qadın, şübhəsiz ki, dünyada məlum olan yeganə haldır. Dünyada onunla uyğun gələn yeganə insan elə özüdür".
Fransa qurumu cümə günü verdiyi açıqlamada bildirib ki, tədqiqatçılar həmin xəstədən qan nümunəsini 15 il əvvəl – əməliyyatdan əvvəl aparılan rutin testlər zamanı götürüblər. Lakin bu kəşf illər sonra mümkün olub.
Qurumun sosial şəbəkə LinkedIn-dəki paylaşımında bu sözlərə yer verilib: “Dünyada 48-ci qan qrupu sistemini kəşf etdik!” Qeyd olunub ki, bu kəşf iyun ayının əvvəlində Milanda keçirilən Beynəlxalq Qan Transfuziyası Cəmiyyəti (ISBT) tərəfindən rəsmi şəkildə tanınıb. Sözügedən elmi cəmiyyət indiyədək 47 qan qrupu sistemini tanıyıb.
Kəşf qrupunun üzvü Tyerri Peyrar bildirib ki, həmin vaxt Parisdə yaşayan 54 yaşlı qadında əməliyyat öncəsi aparılan rutin testlər zamanı daha əvvəl məlum olmayan bir anticisimə rast gəlinib. O, əlavə edib: “Bu qadın, şübhəsiz ki, dünyada məlum olan yeganə haldır. Dünyada onunla uyğun gələn yeganə insan elə özüdür".
Haberler.com
Aygün Babayeva