"Neftçi"nin sabiq baş məşqçisi Çempionlar Liqasında mübarizə aparan komandada işləyə bilər

Bölmə: İdman › ,
Tarix: 17:16 25.06.2025

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç karyerasını ölkəsində davam etdirə bilər.

 

"İnformator.az" RTCG-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Monteneqronun "Buduçnost" klubunda bu posta namizədlər siyahısındadır.


Ötən mövsüm liqada birinci yeri tutan komanda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi "Noa" ilə üz-üzə gələcək. Klub rəhbərliyi komanda və azarkeşlərlə münasibəti korlandığı üçün baş məşqçi İvan Brnoviçi istefaya göndərib.


Qeyd edək ki, son olaraq İranda "Esteqlal" komandasında işləyən M.Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa qədər "Neftçi"nin baş məşqçisi olub.