Energetika tariximizdə bir ilk

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:51 26.06.2025

Mingəçevirdə inşa edilən “8 noyabr” Elektrik Stansiyası meqalayihəsinin tərkib hissələrinin hər biri minlərlə kilometr məsafə qət edib, bunun üçün aylarla vaxt sərf olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Baku TV”-də yayımlanan “COP Baku” layihəsinin növbəti buraxılışında deyilir.

 

Qeyd edilir ki, stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1 500-ə yaxın konteyner mal, material gətirilib. Çindən nəhəng util qazanları gətirən ilk gəmi Sakit okean, Qırmızı dəniz, Suveyş kanalı, Aralıq dənizi, Bosfor və Dandanel boğazlarını keçərək Qara dənizə, oradan da Gürcüstana gəlib çıxıb. Yüklər oradan da Mingəçecirə quru yolla gətirilib.

 

Ümumilikdə 40 min kubmetr həcmində 20 min ton 4 ədəd util qazan Çindən gələrkən Yəməndə husilərin Qırmızı dənizdə gəmilərə hücum etmək təhlükəsinə görə marşrutunu tamamilə dəyişərək Ədən körfəzinə girmədən Afrika qitəsini dövr edərək bir ay ərzində Gürcüstanın Poti limanına gəlib. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yükərin qabariti böyük olduğunudan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb. Keçid təmin edilərək yollar bərpa edilib.


Stansiya ərazisində 15 min kubmetrdən çox həcmdə svaylar vurulub, 7200 ton metal konstruksiya işləri görülüb. Bu, tikinti işlərinin vaxtında və keyfiyyətli icrası üçün edilib. İtaliya Çin, İspnaiya və Türkiyədən olan mütəxəssilərlə yanaşı, 2500 nəfər yerli mütəxəssis də çalııb. Stnasiyadan əldə ediləcək enerjinin həcmi 2 giqavata yaxın olacaq.