Avropa İsrailin təcavüzkarlığına qarşı ədalətli olmalıdır

Tarix: 21:13 26.06.2025
İranın Xarici İşlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin təcavüzkarlığına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Əraqçi Polşalı həmkarı Radoslav Sikorski ilə telefon danışığı aparıb.
Əraqçi İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumların Avropa ölkələri tərəfindən açıq şəkildə qınanmamasını tənqid edərək bildirib:
“Avropa ölkələri İsrailin bölgədə davam edən təcavüzkarlığına qarşı məsuliyyətli və ədalətli mövqe sərgiləməlidir”.
O həmçinin qeyd edib ki, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlar Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Müqavilənin (NPT), BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarının açıq şəkildə pozulmasıdır. Əraqçi əlavə edib ki, bu cür qanunsuz və cinayət xarakterli əməllərə görə yalnız ABŞ və İsrail deyil. Həmçinin bu əməlləri dəstəkləyən ölkələr də məsuliyyət daşıyacaq.
TRT XƏBƏR
Nuray Əliyeva