İranla qarşıdurma ərəb ölkələri ilə sülh sazişlərini genişləndirməyə qapı açır

Bölmə: Dünya › ,
Tarix: 23:13 26.06.2025

İsrailin İranla qarşıdurmadakı uğurları regionda ərəb ölkələri ilə sülh sazişlərini genişləndirməyə qapı açır.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.


Baş nazir videomüraciətində deyib: "Biz İrana qarşı rəşadətlə vuruşduq və böyük qələbə qazandıq. Bu qələbə sülh sazişlərinin genişlənməsinə yol açır. Biz bunun üzərində fəal işləyirik".