Fordodan gizli video yayıldı: İsrail xüsusi təyinatlıları...

Tarix: 22:52 26.06.2025
İsrail mətbuatında maraqlı bir video yayılıb. Bildirilir ki, ABŞ-ın B-2 bombardmançıları tərəfindən GBU-57 bombaları ilə Fordo obyektinə endirilən zərbələrdən sonra İsrailin xüsusi təyinatlı qüvvələri əraziyə daxil olaraq ziyanın miqyasını yoxlayıblar.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.
İddia olunur ki, bu video da İsrail xüsusi təyinatlılar tərəfindən çəkilib:
“Əgər həqiqətən elədirsə, deməli, Fordoya gerçəkdən çox ciddi zərər vurulub, ona görə ki, videoda sağda və solda uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları görə bilərsiniz.
İsrail xüsusi təyinatlıların İranın ərazisində yerləşən ən qorunan obyektə rahat şəkildə girib-çıxması da çox önəmli məsələdir