İstanbul Rusiya və Ukrayna danışıqları üçün əsas platformadır -Rusiya

Tarix: 21:22 26.06.2025
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İstanbul Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün əsas platforma olaraq qalır: “Türkiyəyə qonaqpərvərliyi və dəstəyinə görə minnətdarıq”.
Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında çıxış edib.
“Rusiya ilə Ukrayna arasında üçüncü tur danışıqların tarixi ilə bağlı bir irəliləyiş varmı? İstanbul hələ də danışıqlar üçün əsas platforma olaraq qalırmı?- suallarını cavablandıran Zaxarova bunları deyib:
“İstanbul Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün əsas platforma olaraq qalır. Türkiyəyə qonaqpərvərliyinə və dəstəyinə görə minnətdarıq. Danışıqların tarixləri isə heyət rəhbərləri vasitəsilə müəyyən edilir. Bu barədə onlardan məlumat gözləyirik”.
TRT XƏBƏR
Nuray Əliyeva