Çimərliklərdə hava necə olacaq?

Bölmə: Maraqlı › ,
Tarix: 13:30 28.06.2025

Çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnformator.az"a verilən məlumata görə, Abşeron çimərliklərində iyunun 28-də mülayim cənub-şərq küləyi əsəcək.

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 22-23° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.