Hatay və İzmir Seferihisarda yanğınlar davam edir

Bölmə: Dünya › ,
Tarix: 10:45 01.07.2025

Türkiyənin hər yerində son günlər başlayan meşə yanğınlarının bir hissəsi nəzarət altına alınsa da, digərləri isə davam edir.

 

İyunun 30-dan etibarən İzmir, Biləcik və Hatayda baş verən meşə yanğınlarından sonra 50 mindən çox insan müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyə edilib.

 

İyunun 30-da Hatayın müxtəlif məhəllələrində yanğınlar baş verib. Güclü külək bölgəyə göndərilən yanğınsöndürmə təyyarələrinin istifadəsinə mane olub. Bəzi yerlərdə nəzarət altına alınan yanğınlar hələ də söndürülməyib.

 

Hatay Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Öntürk iyulun 1-də səhər saatlarında paylaşdığı paylaşımda təxminən 1500 nəfərin təhlükəsiz bölgələrə təxliyyə edildiyini və tövlələrdəki heyvanların təxliyyəsinin də tamamlandığını bildirib. DEM Partiyasının həmsədri Tülay Hatimoğulları Hatayda nəzarət altına alına bilməyən yanğının küləyin təsiri ilə böyüyərək yaşayış məntəqələrinə keçdiyini bildirib.

 

İzmirin Menderesin Kuyucak məhəlləsi ilə Seferihisarın Orhanlı məhəllələri arasında iyunun 29-da başlayan meşə yanğını geniş əraziyə yayılıb və iyulun 1-i səhər saatlarında hələ də söndürülməyib.

 

BBC News
Aysel Mirzəyeva