Avropada təbii qazın qiyməti 400 dolları ötüb

Bölmə: Dünya › ,
Tarix: 11:01 01.07.2025

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.

 

"İnformator.az" “APA-Economics”ə istinadən xəbər verir ki, 1 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 403,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399 dollar) ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.