Trampdan Yaponiyaya tarif hədəsi

Bölmə: Dünya › ,
Tarix: 11:16 01.07.2025

ABŞ Prezidenti Donald Tramp, pirinç (düyü) qıtlığı yaşamasına baxmayaraq ABŞ-dən düyü almadığı üçün Yaponiyanı tarif tətbiq etməklə hədələyib.


Tramp bu mövzuda Truth Social sosial media hesabında paylaşım edib.


Yaponiyaya böyük hörmət bəslədiyini bildirən Tramp, “Düyümüzü almırlar, halbuki ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, onlara sadəcə bir məktub göndərəcəyik və uzun illər ərzində onları ticarət tərəfdaşı olaraq görməkdən məmnun olacağıq,” – deyə bildirib.


Tramp daha əvvəl də bildirib ki, 200-dən çox ölkənin hamısı ilə ticarət sazişi bağlamaq mümkün deyil və gələcək 1-2 həftə ərzində həmin ölkələrə məktub göndərərək ABŞ-lə ticarət etmək üçün ödəməli olduqları tarif faizlərini bildirəcəklər.


ABŞ Prezidenti Tramp, “Hamıya sadəcə ‘Təbriklər, siz 20, 25, 40, 50 faiz tarif ödəyirsiniz’ demək istərdim,” – deyə qeyd edib.


TRT HABER
Solmaz Muradova