Ağ Ev, Trampın Suriyaya tətbiq olunan sanksiyaları ləğv edəcəyini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 11:18 01.07.2025

Ağ Evin sözçüsü Karoline Leavitt gündəlik mətbuat konfransında çıxış edərək, ABŞ Prezidenti Donald Trampın bu gün günortadan sonra Suriyaya qarşı tətbiq edilən ABŞ sanksiya proqramını dayandırmaq üçün prezident fərmanı imzalayacağını bildirib.

 

Leavitt açıqlamasında, “Bu, ölkənin sabitlik və sülhə doğru yolunu dəstəkləmək və təşviq etmək üçün bir təşəbbüsdür,” deyə vurğulayıb.


Fərmanla bağlı danışan Leavitt qeyd edib ki, bu fərman Suriyaya qarşı ümumi sanksiyaları ləğv edəcək, lakin sabiq dövlət başçısı (Bəşşar) Əsəd və onun tərəfdarları, insan hüquqları pozucuları, narkotik qaçaqçıları, kimyəvi silahlarla əlaqəli şəxslər, DEAŞ və onunla bağlı qruplar, eləcə də İranın bölgədəki proxy qüvvələrinə qarşı sanksiyaların davam etməsini nəzərdə tutur.


Leavitt əlavə edib ki, Tramp Yaxın Şərq səfəri zamanı Suriyanın yeni lideri ilə görüşüb və sanksiyaların ləğv ediləcəyinə dair söz verib.


Prezidentin sabit, birləşmiş, öz daxilində və qonşuları ilə barış şəraitində olan bir Suriyanı dəstəkləməyə qərarlı olduğunu bildirib.


TRT HABER
Solmaz Muradova