Azərbaycanda daha 7 nəqliyyat vasitəsi özəlləşdirilib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:03 01.07.2025

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb.


"İnformator.az" quruma istinadə xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.

 

Rəqabətli keçən hərracda start qiyməti 8 400 manat olan “Honda Accord” markalı avtomobil 10 884 manata, 8 900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10 000 manata satılıb.