Teymur Rəcəbov dünya reytinqində geriləyib

Bölmə: Sosial › ,
Tarix: 12:28 01.07.2025

Dünya Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

"İnformator.az" xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə üç pillə irəliləyib.

Hazırda 2 746 xala malik 40 yaşlı qrosmeyster 11-ci pillədə qərarlaşıb.

 

2 692 xalı olan Teymur Rəcəbov bir pillə geriləyib. O, 38-cidir.

Üç pillə irəliləyən Rauf Məmmədov 2 659 xalla 65-ci, 100-lüyə daxil olan Eltac Səfərli 2 630 xalla 100-cüdür.