İraq raket hücumuna məruz qalıb

Bölmə: Dünya › ,
Tarix: 12:34 01.07.2025

Bu gün səhər saatlarında İraqın Kərkük əyalətindəki hava bazası üç "Katyuşa" raketi ilə hədəfə alınıb.

"İnformator.az" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, məlumatı "Reuters" agentliyi dərc edib.

Bildirilib ki, Kərkük hava bazasına raket hücumu nəticəsində bir nəfər yaralanıb.