İngiltərədə ən isti iyun ayı yaşanıb

Bölmə: Dünya › ,
Tarix: 21:16 01.07.2025

İngiltərədə ən isti iyun ayı yaşanıb və Birləşmiş Krallıq üzrə 1884-cü ildən bəri aparılan ölçmələrə əsasən, bu, qeydə alınan ən isti ikinci iyun ayı olub.

 

İngiltərə Meteorologiya İdarəsinin (Met Office) açıqladığı ilkin məlumatlara görə, iyun ayında iki ayrı isti hava dalğası və yüksək temperatur təsirli olub.

 

Gündəlik orta maksimum temperatur uzunmüddətli ortalamanın üzərində qeydə alınıb. Birləşmiş Krallıq üzrə iyun ayında ölçülən 15,2 dərəcəlik orta temperatur, indiyə qədər qeydə alınmış ikinci ən yüksək iyun temperaturudur.


İngiltərədə isə orta temperatur 16,9 dərəcə ilə qeydə alınmış ən yüksək səviyyəyə çatıb. Uelsdə isə bu il 1884-cü ildən bəri qeydə alınan üçüncü ən isti iyun ayı yaşanıb. Met Office-in iqlim üzrə mütəxəssisi Amy Doherty, bu cür ekstremal isti hava hadisələrinin tezliyi və şiddətinin insan fəaliyyətləri nəticəsində baş verən qlobal istiləşmənin təsiri ilə artdığını bildirib.

 

Anadolu Agentliyi
Billurə Quliyeva