ABŞ-İsrail yardım agentliyi GHF niyə müzakirə olunur?

Tarix: 21:24 01.07.2025
Dünyanın 130-dan çox aparıcı yardım təşkilatı İsrail və ABŞ-nin dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondunu (GHF) bağlamağa çağırıb.
Oxfam, Save the Children və Amnesty International daxil olmaqla təşkilatlar İsrail qüvvələrinin və silahlı qrupların yardım almağa çalışan fələstinlilərə “müntəzəm” atəş açdığını bildirib.
İsrail əsgərlərinin yardım alanlara qəsdən atəş açdığını inkar edir və GHF-nin Həmasın müdaxiləsi olmadan ehtiyacı olanlara birbaşa yardım etdiyini iddia edir. İngilis adının baş hərflərindən GHF abbreviaturası ilə tanınan təşkilatın yardım paylama proqramı tənqid edilir.
Çünki təşkilat Amerika silahlı özəl təhlükəsizlik ünsürləri tərəfindən qorunur və BMT-nin bölgədəki yardımlardakı hökmranlığını qırmağı hədəfləyir.
GHF-nin paylama planı qida və əsas gigiyena ləvazimatlarının əhaliyə çatdırıldığı cənub və mərkəzi Qəzzada dörd paylama məntəqəsi vasitəsilə fəaliyyət göstərir.
BBC NEWS
Səmayə Səftərova