Azərbaycan Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərib

Tarix: 11:05 02.07.2025
Azərbaycan Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:
“Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiya tərəfindən xahiş etmişik”.
N.Əzizov Azərbaycanın Rusiya tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacağına ümid etdiyini vurğulayıb.