ABŞ təkzib edib: Ukraynaya yardımı dayandırmamışıq

Bölmə: Dünya › ,
Tarix: 13:25 03.07.2025

"Ukraynaya silah tədarükünü tamamilə dayandırmamışıq, yalnız müəyyən bir aspekt dəyişib".

"İnformator.az" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

“Qəti şəkildə bildirirəm ki, bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması demək deyil", - o bildirib.

 

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.