Tramp Brüsseli Pekinin "qucağına" itələyir

Bölmə: Dünya › ,
Tarix: 17:51 03.07.2025

Çin 11 Asiya-Sakit okean ölkəsini və Britaniyanı birləşdirən CPTPP-yə (Trans-Sakit okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Tərəqqiyə Yönəlmiş Saziş) qoşulmağa hazır olduğunu açıqlayıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də bu ittifaqla ticarət əlaqələrinin gücləndirilməsinin tərəfdarıdır.

 

Almaniya kansleri Merz, ABŞ-nin siyasəti nəticəsində ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı) artıq funksional olmadığını bildirib. Çin və Avropa bir-birinə yaxınlaşır — həm iqtisadi, həm də siyasi səbəblərlə. Almaniyanın əsas ixrac bazarları arasında ABŞ və Çin var, Çin isə Aİ-nin ən böyük ticarət tərəfdaşıdır. ABŞ prezidenti Trampın Avropa və Çin məhsullarına əlavə rüsumlar tətbiq etmə təhdidləri Brüssel və Pekini bir-birinə yaxınlaşdırır. Hər iki tərəf, ABŞ-nin qeyri-sabit siyasəti fonunda, daha proqnozlaşdırıla bilən və sabit tərəfdaşlar kimi çıxış etmək istəyir. Trampın şəxsiyyəti bu prosesin səbəbi olmasa da, onun prezidentliyi ABŞ-nin beynəlxalq zəmanətlərə etibar edilə bilməyəcəyini göstərir. Bu da Avropa və Çin arasında yaxınlaşmanı sürətləndirir. Lakin hələlik bu tam ittifaq deyil — sadəcə yeni siyasi istiqamət formalaşır. 

 

Caliber

Billurə Quliyeva