Hərbi sistemə uyğunlaşmanın vacibliyi

Bölmə: Sosial › ,
Tarix: 17:56 03.07.2025

Naxçıvanski adına Hərbi Lisey 9-cu sinifdən sonra hərbi sahədə təhsil almaq istəyən şagirdlər üçün ideal seçimdir. 

 

Mövzu ilə bağlı Təhsil eksperti Elçin Murad "İnformator.az"a açıqlamasında bildirib ki, hərbi liseylərdə sadəcə doqquz illikdən yox, ümumiyyətlə hərbi sistemdə dövlət sərhəd xidməti olsun, Naxçıvanski adına hərbi lisey olsun, ora qəbul prosesində iştirak edən şagirdlərdə birinci inam hissi vacibdir:

 

"Yəni, bu uşaqlarda hərbi sistemə uyğunlaşmaqla bağlı əvvəlcədən onlara müəyyən psixoloji təlimlər keçirilməsi şərtdir. Çünki bəzən şagirdlər hərbi liseyə, hərbi məktəbə qəbul olmağın digər universitetlərə qəbul olunmaqla bağlı məsələ də asan olduğu üçün sadəcə sırf universitet olsun deyə ora qəbul olmaq adı ilə gedir. Sonra hərbi sistemdə əziyyət çəkir. Hansı ki, nizam, intizam qaydalarıdır. Burada şagirdlər, ora qəbul olan tələbələr, abituriyentlər müəyyən mərhələlərdən hər gün sistemli şəkil keçir. Bu idmandır, təhsil, ümumiyyətlə qidalanmadır. Bunlar sistemli şəkildə həyata keçirilir və belə də olmalıdır. Çünki hərbi sistemin qaydası qətiyyən xoşlamayan bir sistemdir. Burada təhsil alan abituriyentlər sistemli şəkildə idman eləməlidir. Bu onun sağlamlığı üçün çox vacibdir. Bunların gələcək həyatı üçün vacibdir. Fərdi inkişaf üçün vacibdir. Bu gün cəmiyyətdə passiv bir həyat tərzi görünür. Hərbi sistemdə mütəmadi şəkildə hər gün eyni vaxtda, eyni zamanda abituriyentlər, tələbələr təlimə cəlb olunur və bu, sistemli şəkildə olanda abituriyent, tələbə artıq ona öyrəşir, bədən də ona öyrəşir və sağlamlıq cəhətdən bədən sağlam vəziyyətdə qalır. Bu gənclərin düz özünü şəxsi şəkildə, fərdi şəkildə inkişaf etdirilməsi cəhətdən çox vacib və mühüm amildir".

 

O həmçinin açıqlamasında bildirdi ki, burada təhsil alan, abituriyentlər nəyi seçdiklərini, hara getdiklərini dərk eləməlidir:

 

"Yəni, mən sadəcə universitetə girim deyə gedib orda oxumaq. Sonra da universitetin mühiti ilə tanış olandan sonra hərbi sistemlə tanış olandan sonra orada bir bezəm halları ilə rastlaşırlar. Tələbə adı qazanmaq istəyən aituriyentə bununla bağlı ya da doqquz illikdən ora sənəd vermək istəyən şagird bütün bunlarla bağlı əvvəlcədən araşdırma aparmalıdır. Bu haqqda onlara əvvəlcədən məlumat verilməlidir. Onlara bütün sistemi öyrədilməlidir. Sonra əgər hazırdırsa, ora yönləndirilməlidir. Digər məsələ, yəni ora tələbatının olma məsələsi, hərbi sistem sadəcə iradəli gəncləri tələb eləyir. Hərbi sistem dözümlü gəncləri tələb eləyir. Təbii ki, hərbi sistemdə gedib təhsil alan tələbənin bir müddətdən sonra idarəetmə qabiliyyəti möhkəm olur, çünki onlar o sistemdə o təlimdə böyüyən bir mühitə düşürlər və bir müddətdən sonra özləri də o mühitin bir növ fərdi sayılırlar və cəmiyyətdə həmin insanlar digər gənclərə nisbətən daha dözümlü, iradəli, liderlik, bacarığı olan bir fərdə çevrilirlər".

 

Ayşən Səlimova