Trampdan Yaponiyaya ticarət təzyiqi:

Bölmə: Dünya › ,
Tarix: 18:12 03.07.2025

ABŞ prezidenti Donald Tramp Yaponiyanı “ərköyün” adlandırıb və yaxın zamanda ticarət razılaşmasının əldə olunacağına inanmadığını bildirib. 

 

O, əgər razılaşma baş tutmasa, Yaponiyaya 30-35 faizlik tariflər tətbiq edəcəyini deyib. Bu, Yaponiyanın avtomobil və elektronika sənayesində ciddi narahatlıq yaradıb. ABŞ hazırda Yaponiya ilə 69,4 milyard dollarlıq ticarət kəsiri yaşayır və Tramp bu fərqi azaltmaq istəyir. Vaşinqtonla Tokio arasında ticarət danışıqları davam edir. Yaponiyanın baş ticarət müzakirəçisi Ryosei Akazava ABŞ-yə səkkizinci dəfə səfər etməyə hazırlaşır. İyulun 9-da qarşılıqlı tarif fasiləsi başa çatır və Tramp bildirib ki, bu tarixə qədər razılaşma əldə olunmasa, yüksək tariflər qüvvəyə minəcək. Tramp artıq bəzi mallar üzrə 24-25 faiz, polad və alüminium üzrə isə 50 faiz rüsum açıqlayıb. Tramp həmçinin bildirib ki, Yaponiya nə ABŞ-dən düyü alır, nə də Amerika avtomobillərini idxal edir. O, Truth sosial platformasında paylaşım edərək Yaponiyaya “düyümüzü qəbul etmirlər” deyib və bir məktub göndəriləcəyini bildirib. Tramp əlavə edib ki, əgər Yaponiya ABŞ ilə ədalətli ticarət aparmaq istəmirsə, yüksək tariflərə hazır olmalıdır.

 

Mənbə: Al Jazeera 

Qəmər Kazımzadə