İsrailin ifrat sağçı naziri "Bütün Qəzzanı işğal etməyə" çağırır

Tarix: 18:12 03.07.2025
İşğal olunmuş İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir atəşkəs gündəmdə olduğu bir vaxtda “humanitar yardımın dayandırılması, bütün Qəzzanın işğalının dayandırılması və fələstinlilərin oradan məcburi köçürülməsi” çağırışı edib.
İsrail Ordusu Radiosuna danışan Ben-Qvir, HƏMAS ilə İsrail arasında müzakirə edilən atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı bunları deyib: "Razılaşmaya nail olmaq istəyi var, məncə bu, dəhşətli bir səhvdir. Bir an belə dayanmamalıyıq.
Biz mütləq qələbəyə nail olmalı, bütün Qəzzanı işğal etməli, humanitar yardımı dayandırmalı və (Fələstinlilərə doğru) miqrasiyanı təşviq etməliyik. Qismən nəticə verən razılaşmalara ehtiyacımız yoxdur”.
İsrail dövlət televiziyası KAN-a danışan Ben-Qvir atəşkəs və məhbus mübadiləsi razılaşmasını dəstəkləmək niyyətində olmadığını bildirib.
İsrail mətbuatı daha əvvəl İtamar Ben-Qvirin Qəzzada atəşkəsin qarşısını almaq üçün plan üzərində işlədiyini və onun ifrat sağçı maliyyə naziri Bezalel Smotriçə mesaj göndərdiyini bildirdi.
Digər tərəfdən, HƏMAS ilə İsrail arasında atəşkəs müzakirə edilərkən, İsrail ordusunun Qəzzaya hücumları artmaqda davam edir.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzada açıqladığı rəqəmlərə görə, İsrail ordusunun son 24 saatda təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 118 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzzaya etdiyi hücumlarda əksəriyyəti qadın və uşaqlardan ibarət ən azı 57 min 130 fələstinli həyatını itirib.
İfrat sağçı nazirlər bundan əvvəl Qəzzada atəşkəsə qarşı çıxıblar
İsraildə baş nazir Benyamin Netanyahu hökumətində tənqidi mövqe tutan ifrat sağçı siyasətçilər fələstinlilərə qarşı daha çox təzyiq, zorakılıq, sanksiyalar və “yəhudi üstünlüyü” sistemini müdafiə edən şahin siyasətləri ilə tanınırlar.
Maliyyə naziri Smotriç və milli təhlükəsizlik naziri Ben-Qvir də yanvarın 19-da Qəzzada qüvvəyə minən atəşkəs və məhbus mübadiləsi razılaşmasına qarşı olduqlarını açıq şəkildə bəyan ediblər.
Ben-Qvir, razılaşmanın qüvvəyə mindiyi yanvarın 19-da Yəhudi Güc Partiyasının nazirləri ilə hökumətdən istefa verdiyini açıqladı.
Smotriç isə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasına qarşı olduğunu açıqlayıb, lakin hökumətdən istefa verdiyini açıqlamayıb.
İsrail ordusu martın 18-i səhər saatlarında Qəzza zolağında qüvvəyə minən atəşkəsi şiddətli hücumlarla pozub.
Tramp İsrailin Qəzzada müvəqqəti atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs üçün lazım olan şərtləri qəbul etdiyini açıqlayıb.
ABŞ nümayəndələrinin İsrail rəsmiləri ilə "uzun və məhsuldar" görüş keçirdiklərini ifadə edən Tramp, "İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazım olan şərtləri qəbul etdi. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq" ,-dedi.
Tramp bundan əvvəl Vaşinqtonda Netanyahu ilə görüşəcəyini, Qəzza və İranla bağlı məsələləri müzakirə edəcəyini açıqladı.
Netanyahunun iyulun 7-də Ağ Evdə Trampla görüşü planlaşdırılır.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli