Qəzzada son 48 saatda 300-dən çox ölüm

Bölmə: Dünya › ,
Tarix: 18:20 03.07.2025

İsrailin Qəzzada son 48 saat ərzində həyata keçirdiyi hava və quru hücumlarında 300-dən çox fələstinli həlak olub. 

 

Qəzzanın Hökumət Media Ofisi bu müddətdə 26 kütləvi qırğın baş verdiyini açıqlayıb. Səhiyyə Nazirliyi yalnız son 24 saatda 118 nəfərin öldüyünü, 581 nəfərin yaralandığını bildirib. Ölənlər arasında yardım mərkəzləri yaxınlığında yardım gözləyənlər də var. Əl-Məvasidə çadıra və Qəzzada məktəbə endirilən zərbələr nəticəsində onlarca insan həyatını itirib. Əhməd Mənsur adlı məcburi köçkün hadisə zamanı yaşananları "zəlzələ kimi bir sarsıntı" adlandırıb, insanların mərmilərdən yanaraq can verdiyini söyləyib. Hökumət məlumatında hücumların köçkünlərlə dolu sığınacaqları, bazarları, istirahət yerlərini, evləri və aclıqdan əziyyət çəkən mülki şəxsləri hədəfə aldığı qeyd edilib. Əl-Cəzirənin reportyoru Tareq Abu Azzoum yardım gözləyən insanların səbəbsiz atəşə tutulduğunu, xilas qruplarının əraziyə çata bilmədiyini bildirib.Associated Press, yardım paylaması zamanı amerikalı podratçıların canlı sursat və səs-küylü qumbaraatanlardan istifadə etdiyini iddia edib. Onlar qeyri-peşəkar, silahlı şəxslərin işlədiyini bildiriblər. GHF bu ittihamları rədd edib, atəş səslərinin bölgədəki İsrail hərbçiləri ilə bağlı olduğunu, paylama sahəsinə yönəlmədiyini iddia edib. “Haaretz” isə bəzi israilli əsgərlərin komandir əmri ilə silahsız fələstinlilərə atəş açdığını təsdiqləyib. Al Jazeera müxbiri Odeh, GHF-nin bölgədəki humanitar mexanizmi əvəz etmədiyini, əksinə mülki əhaliyə təzyiq vasitəsi olduğunu qeyd edib.

 

Al Jazeera

Qəmər Kazımzadə