Luqanskın keçmiş meri partlayışda ölüb

Tarix: 19:13 03.07.2025
Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub.
"İnformator.az" Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib.
Nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
İlkin məlumata görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.