Demokratlar tərəddüd edən respublikaçıları müxalifətə çəkməyə çalışırlar

Tarix: 19:49 03.07.2025
“Big Beautiful Bill” (Böyük Gözəl Qanun) Trampın birinci müddətində tətbiq olunan müxtəlif vergi güzəştlərinə əsaslanacaq və müvəqqəti olaraq yenilərini təqdim edəcək.
Kiçik üstünlük fərqi fərarilik üçün az imkan yaradır: hesablamalara görə, demokratlara qanun layihəsinin qəbulunun qarşısını almaq üçün cəmi dörd respublikaçını tərəflərinə çəkmək kifayətdir. Nümayəndələr Palatasındakı respublikaçılar Trampın “One Big Beautiful Bill Act” (Bir Böyük Gözəl Qanun Layihəsi) adlandırdığı vergi və xərclərin azaldılması paketini 4 iyula qədər prezidentə təqdim edə bilmək üçün demək olar ki, fasiləsiz işləyiblər və tərəddüd edən qanunvericiləri razı salmağa çalışıblar. Adbaad səsvermə çərşənbə axşamı gecə saatlarında başlayıb və cümə axşamı səhərə qədər davam edib, çünki bir neçə respublikaçı səs verməkdən imtina edib. Bu isə səsvermənin nəticəsini sual altına qoyub. Nümayəndələr Palatasının sədri Mayk Conson qanun layihəsi 1 iyulda Senatdan keçdikdən sonra yaranmış müsbət impulsdan istifadə etmək üçün bir gün əvvəl Vaşinqtonda qanunvericiləri toplayıb. “Yolumuz – irəliləmək və işi sona çatdırmaqdır”, – deyə o, gecə qapalı iclaslardan qayıdarkən bildirib. “Biz 4 iyul müddətinə sığacağıq", – deyə əmin edib.
Euronews
Fatimə Heydərova