MİT rəhbəri Kalın Hakkariyə səfər edib

Tarix: 20:28 03.07.2025
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT rəhbəri İbrahim Kalın müxtəlif təmaslar üçün Hakkari, Yüksekova və Çukurcaya gedib.
Kalın Hakkari valisi Ali Çelik, İkinci Ordu Komandanı Orgeneral Levent Ergün və digər hərbi və mülki idarə yetkililəri ilə görüşüb.
Görüşlərdə İraq, İran və Suriya sərhəd xəttinin təhlükəsizliyi, görülən tədbirlər, bu bölgələrdəki baza nöqtələri, bölgədəki son vəziyyət və inkişaflar ətraflı şəkildə müzakirə olunub.
TRT Haber
Xəlilli Nigar