Prezident Ərdoğan sabah Xankəndiyə səfər edəcək

Tarix: 20:46 03.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altunun verdiyi məlumata görə, Prezident Ərdoğan sammit çərçivəsində çıxış edəcək və üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Zirvə “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusuna həsr olunub. Tədbirdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və təşkilati islahatlar kimi aktual məsələlər müzakirə ediləcək, eləcə də üzv ölkələr arasında əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.
Toplantıda İƏT-ə üzv dövlətlərin prezidentləri və baş nazirləri, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti daxil olmaqla müşahidəçi statusunda iştirak edən nümayəndə heyətləri və beynəlxalq təşkilatların təmsilçiləri yer alacaq.
TRT XƏBƏR
Mahmudlu Ləman