BMT eksperti şirkətləri İsraillə biznesi dayandırmağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 21:05 03.07.2025

 


Birləşmiş Millətlər Təşkilatının eksperti onlarla transmilli şirkətə İsraillə biznes fəaliyyətini dayandırmaq çağırışı edib. O xəbərdarlıq edib ki, bu şirkətlər Qəzza və işğal altındakı İordan çayının qərb sahilindəki hərbi cinayətlərdə şərik olmaq riski daşıyırlar.


Francesca Albanese insan hüquqları üzrə hesabatını BMT İnsan Hüquqları Şurasına təqdim edərkən bu vəziyyəti “soyqırım iqtisadiyyatı” adlandırıb. O bildirib ki, İsrailin HƏMAS-la münaqişəsi yeni silah və texnologiyaların sınaqdan keçirildiyi, heç bir məsuliyyət və nəzarət olmayan bir mühitə çevrilib. İsrail onun hesabatını “əsassız” adlandıraraq bildirib ki, bu sənəd “tarixin tozluq səbətinə atılacaq”.


BBC
Nəzrin Məmmədova