Türkiyənin bir çox bölgəsində alovlarla mübarizə davam edir

Bölmə: Dünya › ,
Tarix: 21:12 03.07.2025

 

Ölkənin bir çox yerində baş verən və küləyin təsiri ilə sürətlə yayılan yanğınlara havadan və qurudan müdaxilə fasiləsiz şəkildə davam edir. İzmirin Çeşmə və Ödəmış, Mersinin Gülnar və Mut rayonları, həmçinin İstanbulun Silivri rayonundakı meşə yanğınlarına müdaxilə davam etdirilir.


Çeşmə rayonunun Ildır məhəlləsində dünən başlayan və gecə boyu qurudan müdaxilə edilən yanğına bu gün də həm havadan, həm də qurudan müdaxilə davam edir. Yanğına 2 təyyarə və 6 helikopterlə yanaşı yerüstü qruplar da cəlb olunub. Yanğın riski səbəbilə Çeşmənin Ildır və Germiyan məhəllələri, eləcə də Urlaya bağlı Nohutalan məhəlləsi təxliyə edilib.



Trt xəbər
Asiman Vəliyeva