MİT rəhbəri Kalından Hakkari, Yüksekova və Çukurcaya səfər

Bölmə: Dünya › ,
Tarix: 21:13 03.07.2025

 

Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bu gün bir sıra görüşlər keçirmək məqsədilə Hakkari, Yüksekova və Çukurca bölgələrinə səfər edib.


Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, MİT rəhbəri Kalın Hakkari, Yüksekova və Çukurcaya səfər edərək müxtəlif görüşlər keçirib. Kalın Hakkari valisi Ali Çelik, İkinci Ordu Komandanı Orgeneral Levent Ergün və digər hərbi və mülki idarəetmə nümayəndələri ilə görüşüb. Görüşlərdə İraq, İran və Suriya sərhədlərinin təhlükəsizliyi, görülən tədbirlər, bu bölgələrdəki hərbi baza məntəqələri, bölgədəki son vəziyyət və inkişaflar ətraflı şəkildə müzakirə olunub.


Trt xəbər
Asiman Vəliyeva