KİV: İsrailin Qəzza zolağına zərbələri nəticəsində 100-dən çox fələstinli ölüb

Tarix: 09:05 04.07.2025
İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli ölüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA informasiya agentliyi mənbələrə istinadən məlumat yayıb.
Ölənlərdən 51 nəfərinin humanitar yardım gözləyərkən hücuma məruz qaldığı bildirilir. Mənbələr iddia edir ki, Qəzza zolağının cənubunda yerləşə Xan Yunis şəhərində humanitar yardım növbəsində dayanan yerli sakinlərə İsrail hərbçilərinin zərbəsi nəticəsində 90-dan çox fələstinli yaralanıb.