Azərbaycan-ABŞ əlaqələrini yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var-Prezident

Bölmə: Siyasət › ,
Tarix: 11:08 04.07.2025

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubunda bildirilib.

 

“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, - məktubda vurğulanıb.