ABŞ Konqresi Trampın vergi ilə bağlı “böyük və gözəl” qanun layihəsini yekun olaraq təsdiqləyib

Tarix: 11:22 04.07.2025
Senatdan sonra Nümayəndələr Palatası da sənədi təsdiqlədi. Bu nəticə prezident Donald Tramp və onun partiyası üçün böyük bir qələbə oldu.
ABŞ Konqresi prezident Donald Trampın vergi güzəştləri və xərclərin azaldılması ilə bağlı “böyük və gözəl” qanun layihəsini qəbul edərək, Kapitolidə bir neçə günlük debatlara və gecə səsvermələrinə son qoydu.
Cümə axşamı “Birləşmiş böyük gözəl qanun layihəsi” adlı, 4,5 trilyon dollar (3,8 trilyon avro) məbləğində sənəd çoxsaylı uğursuzluqlardan sonra Nümayəndələr Palatasında təsdiqləndi.
İki respublikaçı sənədə qarşı çıxaraq demokratlara qoşuldu.
887 səhifəlik qanun layihəsinə xərclərin azaldılması, vergi güzəştləri, hərbi xərclər, deportasiya üçün vəsait və Respublikaçılar Partiyasının uzunmüddətli prioritetləri olan Medicaid proqramlarının və bərpa olunan enerji mənbələrinin azaldılması daxildir.
Nyu-Yorkdan olan demokrat lider Hakim Jeffries qanun layihəsinə qarşı çıxışında tribunada səkkiz saatdan çox qalaraq rekorda imza atdı.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib: “Qarşımızda böyük bir iş var. Biz bu ölkəni bir böyük, gözəl qanun layihəsi ilə heç vaxt olmadığı qədər güclü, təhlükəsiz və firavan edəcəyik".
Bu nəticə prezident Donald Tramp və onun partiyası üçün böyük bir uğur hesab olunur.
Euronews
Fatimə Heydərova