Silahı buraxmağa başlayıb

Tarix: 19:07 04.07.2025
Terrorçusuz Türkiyə prosesində kritik mərhələyə keçilib. DEM Partiyasının sözçüsü Ayşəgül Doğan, PKK terror təşkilatının gələn həftə silah buraxmaqla bağlı addım atacağını açıqlayıb. Doğan bildirib: “İraq Kürd bölgəsində baş verməsi gözlənilən tarixi bir addımdır. Öcalanın bu məsələyə dair bir neçə gün ərzində açıqlama verməsi gözlənilib".
MHP sədri Dövlət Baxçelinin 1 oktyabr tarixində TBMM-də DEM Partiyasının üzvləri ilə əl sıxması ilə başlayan “Terrorçusuz Türkiyə” prosesində kritik mərhələyə keçirilib. PKK terror təşkilatının başçısı Abdullah Öcalanın 27 fevralda etdiyi çağırışdan sonra, may ayında təşkilatın özünü buraxması və silahı yerə qoyması barədə qərar qəbul olunub və PKK-nın silah buraxmağa başlayacağı tarix dəqiqləşib.
Doğan deyib: “Bizimlə paylaşılan məlumatlara görə, məkanla bağlı da çoxlu sual verilib. Bu tarixi addımın İraq Kürd bölgəsində atılması gözlənilir. Addım da konqre qərarlarına uyğun şəkildə atılacaq".
“Bu mərhələ vacib bir mərhələdir. DEM Partiyası olaraq, biz bu prosesin başlanğıcından bəri çox ciddi səylər göstərmişik. Bu məsələdə cəmiyyətdə həm gözlənti, həm tələb, həm istək, həm də dəstək var. Bunu aydın şəkildə görürük".
Haberler.com
Aygün Babayeva