Əfqanıstan rəhbərliyini rəsmən tanıyan ilk ölkə olub

Bölmə: Dünya › ,
Tarix: 19:06 04.07.2025

Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, 15 avqust 2021-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra qurulan Əfqanıstan rəhbərliyini rəsmən tanıdıqlarını bildirib.

 

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada isə xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Əfqanıstanın Moskvadakı yeni təyin olunmuş səfiri Qul Həsən arasında görüş keçirildiyi qeyd olunub. Açıqlamada Qul Həsənin Rudenko’ya etimadnaməsinin surətlərini təqdim etdiyi bildirilib.

 

Digər tərəfdən, Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada isə Kabilin Moskvadakı yeni səfiri Dmitri Zahirnovun xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttakiyə etimadnaməsini təqdim etdiyi və Rusiya hökumətinin Əfqanıstan rəhbərliyini rəsmən tanımaq qərarını onlara bildirdiyi vurğulanıb.

 

Taliban, 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə qadağan edilmiş terror təşkilatları siyahısına daxil edilmişdi. Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında Talibanın terror siyahısından çıxarılması ilə bağlı qanunu təsdiqləmiş, Rusiya Federasiyası Ali Məhkəməsi isə aprel ayında Talibanın ölkədəki fəaliyyətlərinə qoyulan qadağanın dayandırılmasına qərar verib.

 

Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi barədə qərar qəbul olunduğunu da açıqlayıb.

 

Haberler.com

Aygün Babayeva