"Bavariya"da 756-cı-sonuncu oyun

Tarix: 14:06 06.07.2025
Tomas Müller "Bavariya"da son oyununu keçirib.
"İnformator.az" "QOL.az"a istinadən xəbər verir ki, bu Klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə gerçəkləşib.
Hələ mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayan Müller üçün PSJ ilə görüş "Bavariya"dakı sonuncu - 756-cı oyun olub. 35 yaşlı yarımmüdafiəçi klubu azad agent kimi tərk edir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan və 2007-ci ildən əsas komandada çıxış edən Müller bu klubda həm oyun, həm də titul sayına görə rekordçudur. O, Münhen təmsilçisində 35 titul qazanıb.