Rusiya Azərbaycandan görün nələri idxal edir?

Bölmə: Dünya › ,
Tarix: 22:52 06.07.2025

Rusiya Azərbaycanın əsas qeyri-enerji ixracatının əsas alıcısıdır.

 

"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, "RİA Novosti" BMT-nin "Comtrade" platformasının məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəlib.

 

Ötən il Azərbaycan Respublikası 368,9 milyon dollar plastik və ondan hazırlanmış məmulatlar, 211,9 milyon dollar dəyərində qızıl, 177,1 milyon dollar pambıq ixrac edib.

 

İlk onluğa həmçinin ekzotik meyvələr (175,5 milyon), pomidor (175,4 milyon), minik avtomobilləri (171,7 milyon), qoz-fındıq (131,3 milyon), gübrə (126,2 milyon), alüminium təbəqələr (110,1 milyon), bərk meyvələr (99,4 milyon) daxildir.

 

Bu məhsulların yarısının əsas alıcısı Rusiyadır. Azərbaycandan ixrac edilən çəyirdəkli meyvələrin, o cümlədən şaftalı, nektarin və gilas (97,1 milyon dollar), pomidorun 96 faizi (168,7 milyon dollar), ekzotik meyvələrin 87 faizi (153,4 milyon dollar), plastik məmulatların 64 faizi (235,7 milyon dollar) və fındıq (primeriya) 53 faizi (2 milyon dollar) onun payına düşür.