İran daha bir MOSSAD casusunu yaxalayıb

Tarix: 22:50 06.07.2025
İranın Həmədan əyalətində SEPAH İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəsi olan şəxsi saxlayıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayırmış. Agentlik məlumatların xarici kəşfiyyat xidmətlərinə ötürülməsinin planlaşdırıldığını vurğulayır.